Apasport.az saytı 2007-ci il martın 5-də yaranıb. Azərbaycanda ilk idman agentliyi kimi fəaliyyətə başlayıb. Azərbaycan və dünya idmanının bir çox sahələrini əhatə edən operativ xəbərlər yaymaqla yanaşı, idman ictimaiyyətinin maraqlı simalarından eksklüziv müsahibələr hazırlayır, müxtəlif sahələrdəki problemlərlə bağlı araşdırmalar aparır. 2007-ci və 2009-cu illərdə Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin ən yaxşı idman agentliyi seçilib. Hər il müxtəlif federasiyalar tərəfindən yarışların işıqlandırılmasında göstərdiyi fəaliyyətə görə mükafatlandırılıb. 2012-ci Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən ən yaxşı idman saytı seçilib. Klublarımızın beynəlxalq arenada, milli komandalarımızın dünya və Avropa çempionatlarında, müxtəlif yarışlarda görüşlərindən onlayn reportajlar, həmin qarşılaşmalardan sonra baş məşqçi və komanda üzvlərinin görüşlə bağlı fikirləri oxuculara təqdim edilir, analizlər hazırlanır, video görüntülər və fotosessiyalar yerləşdirilir.