[b]4-cü və 28-ci duel və ya yarımfinal cütlərinin statistikası[/b]
04.07.2016 - 11:52
[b]4-cü və 28-ci duel və ya yarımfinal cütlərinin statistikası[/b]

Fransada keçirilən futbol üzrə Avropa çempionatı yekunlaşmaq üzrədi. Apasport.az saytının məlumatına görə, artıq turnirin ən güclü 4 komandasının adına aydınlıq gəlib.

 

Yarımfinalda Portuqaliya Uelslə, ev sahibi Fransa isə Almaniya ilə qarşılaşacaq. Qalib gələcək komandalar finalda çempionun adını müəyyənləşdirəcəklər.

 

 

Portuqaliya - Uels

 

İyulun 6-da baş tutacaq yarımfinal görüşünün iştirakçıları Portuqaliya və Uels yığmaları indiyə qədər 3 dəfə üz-üzə gəliblər. Yəni, 2 gün sonra keçiriləcək matç bu komandaların tarixi ərzində 4-cü görüş olacaq. Portuqaliya və Uels arasında keçirilmiş əvvəlki qarşılaşmaların hamısı yoldaşlıq xarakteri daşıyıb və bu oyunların 2-də Portuqaliya, 1-də isə Uels sevinib.

 

1949-cu ildə baş tutan ilk oyun pireneylilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İki il sonra keçirilmiş növbəti dueldə isə Uels qalib gəlib – 2:1. Bu komandalar sonuncu dəfə 2000-ci ildə qarşılaşıblar və Portuqaliya Uels üzərində asan qələbə qazanıb - 3:0.

 

Budəfəki matç isə komandaların həm Avropa çempionatında, həm də ümumiyyətlə, böyük turnirlərdə keçirəcəkləri ilk oyun olacaq.

 

15 may, 1949-cu il. Yoldaşlıq oyunu. Portuqaliya – Uels - 3:2

12 may, 1951-ci il. Yoldaşlıq oyunu. Uels – Portuqaliya - 2:1

2 iyun, 2000-ci il. Yoldaşlıq oyunu. Portuqaliya – Uels - 3:0

 

 

Almaniya - Fransa

 

Digər yarımfinal cütünün iştirakçıları – Almaniya və Fransa yığmaları isə bir-birlərinə daha yaxından tanış rəqiblərdi. Belə ki, almanlarla fransızlar bu vaxta qədər 27 dəfə üz-üzə gəliblər. Bu görüşlərdə “xoruzlar”ın üstünlüyü var. Fransa 12 dəfə qələbə qazandığı halda, Almaniyada bu say 10-a bərabərdi. Özü də almanlar 1 dəfə penaltilər seriyasında rəqibi üstələyə biliblər. 5 qarşılaşma isə heç-heçə nəticələnib.

 

Baş tutmuş 27 görüşdən 22-si yoldaşlıq matçıdı. Qalan 5 görüşdən 1-i Berlin turnirinə təsadüf etdiyi halda, digər 4 qarşılaşma dünya çempionatlarının final mərhələsində keçirilib. Bu isə o deməkdi ki, Bundestimlə “xoruzlar” Avropa çempionatları tarixində ilk dəfə üz-üzə gələcəklər.

 

15 mart, 1931-ci il. Yoldaşlıq oyunu. Fransa – Almaniya - 1:0

19 mart, 1933-cü il. Yoldaşlıq oyunu. Almaniya – Fransa - 3:3

17 mart, 1935-ci il. Yoldaşlıq oyunu. Fransa – Almaniya - 1:3

21 mart, 1937-ci il. Yoldaşlıq oyunu. Almaniya – Fransa - 4:0

5 oktyabr, 1952-ci il. Yoldaşlıq oyunu. Fransa – Almaniya - 3:1

16 oktyabr, 1954-cü il. Yoldaşlıq oyunu. AFR – Fransa - 1:3

28 iyun, 1958-ci il. Dünya çempionatının final mərhələsi. Fransa – Almaniya - 6:3

26 oktyabr, 1958-ci il. Yoldaşlıq oyunu. Fransa – AFR - 2:2

24 oktyabr, 1962-ci il. Yoldaşlıq oyunu. AFR – Fransa - 2:2

27 sentyabr, 1967-ci il. Yoldaşlıq oyunu. AFR – Fransa - 5:1

25 sentyabr, 1968-ci il. Yoldaşlıq oyunu. Fransa – AFR - 1:1

13 oktyabr, 1973-cü il. Yoldaşlıq oyunu. AFR – Fransa - 2:1

23 fevral, 1977-ci il. Yoldaşlıq oyunu. Fransa – AFR - 1:0

19 noyabr, 1980-ci il. Yoldaşlıq oyunu. AFR – Fransa - 4:1

8 iyul, 1982-ci il. Dünya çempionatının final mərhələsi. Almaniya – Fransa - 3:3 (penaltilərlə 5:4)

18 aprel, 1984-cü il. Yoldaşlıq oyunu. Fransa - AFR - 1:0

25 iyun, 1986-cı il. Dünya çempionatının final mərhələsi. Fransa – AFR - 0:2

12 avqust, 1987-ci il. Berlin turniri. AFR – Fransa - 2:1

28 fevral, 1990-cı il. Yoldaşlıq oyunu. Fransa – AFR - 2:1

1 iyun, 1996-cı il. Yoldaşlıq oyunu. Almaniya – Fransa - 0:1

27 fevral, 2001-ci il. Yoldaşlıq oyunu. Fransa – Almaniya - 1:0

15 noyabr, 2003-cü il. Yoldaşlıq oyunu. Almaniya – Fransa - 0:3

12 noyabr, 2005-ci il. Yoldaşlıq oyunu. Fransa – Almaniya - 0:0

29 fevral, 2012-ci il. Yoldaşlıq oyunu. Almaniya – Fransa - 1:2

6 fevral, 2013-cü il. Yoldaşlıq oyunu. Fransa – Almaniya - 1:2

4 iyul, 2014-cü il. Dünya çempionatının final mərhələsi. Fransa – Almaniya - 0:1

13 noyabr, 2015-ci il. Yoldaşlıq oyunu. Fransa – Almaniya - 2:0

 

 

 

 

 

0