2 İyul 12:35 9-cu duel
AÇ-2016 xəbərləri 2 İyul 12:35
567 baxış

9-cu duel

AÇ-2016-nın bu gün keçiriləcək Almaniya – İtaliya oyununda üz-üzə gələn rəqiblər 9-cu dəfə final mərhələlərində görüşəcək. Apasport.az saytının məlumatına görə, 1/4 final oyununun iştirakçıları indiyədək DÇ və AÇ-lərin final mərhələlərində 8 dəfə qarşılaşıb.

 

Əvvəlki matçlar İtaliya yığmasının aşkar üstünlüyü ilə başa çatıb. Belə ki, Bundestim indiyədək rəqibini məğlub edə bilməyib. Bu qələbələrdən üçü yarımfinallara təsadüf edib ki, sonuncusu AÇ-2012-də qeydə alınıb.

 

Pireneylilər 8 matçdan 4-də qalib gəlibsə, 4 dəfə bərabərliklə kifayətlənib.