4 İyul 01:21 AÇ-2016: 16 il sonra bir oyunda ən çox qol rekordu
AÇ-2016 xəbərləri 4 İyul 01:21
661 baxış

AÇ-2016: 16 il sonra bir oyunda ən çox qol rekordu

AÇ-2016-nın 1/4 final mərhələsi çərçivəsində baş tutan Fransa – İslandiya matçı turnirin hələlik ən məhsuldar qarşılaşması olub. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin qələbəyə sevindiyi oyunda 7 qol vurulub.

 

Belə ki, 5:2 hesabının qeydə alındığı oyun qrup mərhələsinin Portuqaliya – Macarıstan (3:3) matçını geridə qoyub.

 

Qeyd edək ki, Avropa çempionatlarında sonuncu dəfə  bir oyunda 7 qol 2000-ci ildə vurulub. Hollandiya və Belçikanın ortaq təşkil etdiyi birinciliyin qrup mərhələsində Yuqoslaviya İspaniyaya 3:4 məğlub olmuş, pley-offlarda isə Hollandiya Yuqoslaviyanı 6:1 darmadağın etmişdi. 

Xəbər lenti