[b]AÇ-2016: Almanların Sami Kedira və Mario Qomes sürprizi[/b]
07.07.2016 - 17:53
[b]AÇ-2016: Almanların Sami Kedira və Mario Qomes sürprizi[/b]

Almaniya yığmasının zədədən əziyyət çəkən daha iki futbolçusu sağalıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Sami Kedira və hücumçu Mario Qomes son məşqlərdə iştirak edib.

 

1/4 final mərhələsində İtaliya ilə (1:1, penaltilərlə 6:5) qarşılaşmada zədələnən hər iki futbolçunun qitə birinciliyini qapadıqları açıqlanmışdı. Lakin Bastian Şvaynşatyer və Benedikt Hövedesdən sonra əsas heyət üzvləri də son məşqdə kollektivlə birgə hazırlaşıblar.

 

Həm Qomes, həm də Kedira bu gün yarımfinal mərhələsi çərçivəsində Fransa ilə görüşdə meydana çıxa bilər. Fransa mətbuatı Bundestimin baş məşqçisi Yoahim Lövün onları zədəli kimi qələmə verməklə, rəqib komandaya sürpriz hazırladığını iddia edib.

 

Qeyd edək ki, Fransa – Almaniya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0