[b]AÇ-2016: Bundestim hücumçusunu itirdi [/b]
04.07.2016 - 11:13
[b]AÇ-2016: Bundestim hücumçusunu itirdi [/b]

Avropa çempionatının 1/4 final mərhələsində İtaliya üzərində qələbə qazanan Almaniya yığması buna doyunca sevinə bilməyib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Bundestim aparıcı oyunçularından birini itirib.

 

İtaliya ilə qarşılaşmada zədələnən hücumçu Mario Qomes tibbi müayinədən keçib. Oyunun 72-ci dəqiqəsində ayağından xəsarət alaraq yerini Yulian Drakslerə verən 30 yaşlı forvardın zədəsinin ciddi olduğu aşkarlanıb. Həkimlər turnirdə 2 qol vuran Qomes üçün Avropa çempionatının başa çatdığını bildiriblər. Bu isə o deməkdi ki, “Beşiktaş”ın oyunçusu yarımfinal və qalib gələcəkləri təqdirdə final matçını buraxacaq.

 

Qeyd edək ki, Almaniya yığması yarımfinal mərhələsində iyulun 7-də ev sahibi Fransa ilə qarşılaşacaq.

0