7 İyul 11:02 AÇ-2016: Ən yaxşı seçildi, rekorda 1 addım qaldı
AÇ-2016 xəbərləri 7 İyul 11:02
5272 baxış

AÇ-2016: Ən yaxşı seçildi, rekorda 1 addım qaldı

Fransada keçirilən Avropa çempionatının ilk finalçısı artıq məlumdu. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsində Uels üzərində (2:0) qələbə qazanan Portuqaliya yığması həlledici qarşılaşmada iştirak hüququ əldə edib.

 

Dünənki görüşün ən yaxşısı isə portuqaliyalıların kapitanı Kriştianu Ronaldo olub. 1 qol və 1 məhsuldar ötürmə ilə komandasının hər iki qolunda yaxından iştirak edən Ronaldo UEFA tərəfindən görüşün qəhrəmanı elan edilib.

 

Bununla cari qitə birinciliyində 2-ci dəfə belə ada layiq görülən CR7 ümumilikdə 5-ci dəfə Avropa çempionatlarında hansısa oyunun ən yaxşısı seçilir.

 

Avropa çempionatları tarixində ən çox matçın oyunçusu seçilən futbolçu isə 6 dəfə ilə Andres İnyestadı. Ronaldo finalda da bu uğuru təkrarlayarsa, ispaniyalının rekorduna şərik olacaq.

 

Qeyd edək ki, matçın ən yaxşısı nominasiyası 1996-cı ildən tətbiq edilir.

Xəbər lenti