[b]AÇ-2016: Final matçının hakimi açıqlandı[/b]
08.07.2016 - 12:19
[b]AÇ-2016: Final matçının hakimi açıqlandı[/b]

Avropa çempionatının son təyinatı məlum olub. Apasport.az saytının məlumatına görə, UEFA final qarşılaşmasını idarə edəcək referinin adını açıqlayıb.

 

İyulun 10-da meydan sahibi Fransa ilə Portuqaliya arasında “Stad de Frans”da baş tutacaq final matçında ingiltərəli Mark Klattenburq ədalət təmsilçisi olacaq. Təyinatlarda yenilik edən qurum bu oyuna 2 UEFA nümayəndəsi göndərmək qərarına gəlib.

 


Avropa çempionatı - 2016

Final

 

10 iyul

23:00. Portuqaliya - Fransa

Baş hakim: Mark Klattenburq

Yan xətt hakimləri: Simon Bek, Cek Kollin

Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)

Ehtiyat yan xətt hakimi: Qyorgi Rinq (Macarıstan)

UEFA nümayəndələri: Yanis Mezekis (Latviya), Julien Olbert (Fransa)

Sen-Deni. “Stad de Frans”

 

0