[b]AÇ-2016: Final öncəsi Portuqaliyaya şad xəbər[/b]
08.07.2016 - 21:55
[b]AÇ-2016: Final öncəsi Portuqaliyaya şad xəbər[/b]

AÇ-2016-nın yarımfinal mərhələsində Uelslə oyunu zədə səbəbindən buraxan Portuqaliyanın müdafiəçisi Pepe final matçında çıxış edəcək. Apasport.az saytının məlumatına görə, bu barədə “Real”ın oyunçusunun atası açıqlama verib.

 

“A Bola” nəşrinə danışan ata Ferreyra oğlunun final matçın qədər sağalacağına əminliyini bildirib.

 

Qeyd edək ki, Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş əsas müdafiəçisinin Fransaya qarşı oynamaq ehtimalının az olduğunu bildirmişdi.

0