4 İyul 10:12 AÇ-2016: Fransa – İslandiya oyunundan əvvəl bomba partladılıb
AÇ-2016 xəbərləri 4 İyul 10:12
776 baxış

AÇ-2016: Fransa – İslandiya oyunundan əvvəl bomba partladılıb

Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində dünən baş tutan Fransa – İslandiya qarşılaşması öncəsi həyəcanlı anlar yaşanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, oyundan əvvəl stadionun yaxınlığında partlayış səsi eşidilib.

 

Bu, matça yollanan azarkeşləri təşvişə salıb. Ancaq sonradan məlum olub ki, partlayış polis nəzarəti altında gerçəkləşdirilib. Belə ki, polis qapısı açıq şəkildə qanunsuz yerdə park edilən bir avtomobili partladıb. Daha sonra bu, stadionun həndəvərində qorxu içində dayanan azarkeşlərə elan edilib və fanatlar arenaya daxil olublar.

 

Partladılan avtomobilin içindən hansısa şübhəli maddə tapılmayıb. Yerli təhlükəsizlik əməkdaşı açıqlamasında Parisdə bunun adi hal olduğunu söyləyib.

 

Qeyd edək ki, “Stad de Frans”da keçirilən Fransa – İslandiya görüşündə ev sahibləri 5:2 hesabı ilə qələbə qazanaraq, yarımfinalda Almaniyaya rəqib olub.