[b]AÇ-2016: Hovedes üçün əlamətdar oyun[/b]
02.07.2016 - 23:19
[b]AÇ-2016: Hovedes üçün əlamətdar oyun[/b]

AÇ-2016-nın 1/4 final mərhələsi çərçivəsində İtaliya millisi ilə qarşılaşan Almaniyanın müdafiəçisi Benedikt Hövedes üçün bu matç yubileylə əlamətdardı. Apasport.az saytının məlumatına görə, start heyətində matça başlayan 27 yaşlı müdafiəçi bununla da 50-ci dəfə “bundestim”in şərəfini qoruyur.

 

Qeyd edək ki, Almaniya millisində ən çox oyun keçirən futbolçu Lotar Matteusdur. O, 150 dəfə milli komandanın formasını geyinib.

0