4 İyul 00:49 AÇ-2016: İslandiyaSON
AÇ-2016 xəbərləri 4 İyul 00:49
5534 baxış

AÇ-2016: İslandiyaSON

AÇ-2016-da sonuncu 1/4 final matçı keçirilib. Apasport.az saytının məlumatına görə, 4-cü yarımfinalçını müəyyən etmək üçün Fransa millisi ilə İslandiya qarşılaşıblar.

 

Görüş meydan sahiblərinin darmadağını ilə başa çatıb. Onsuz da bu mərhələyə qədər irəliləməklə boyundan yuxarı tullanmağı bacarmış İslandiya millisinin bundan artığına gücü çatmayıb. Xüsusilə də İngiltərəni mübarizədən kənarlaşdıraraq böyük diqqət cəlb edən “qeyzerlər ölkəsi”nin təmsilçiləri bu dəfə adlı-sanlı rəqibi qarşısında varlıq göstərə bilməyiblər.

 

Matça erkən qolla başlayan Fransa millisi artıq hissənin tamamında 4:0 hesabı ilə darmadağının əsasını qoymuşdu. İkinci hissədə Siqtorsunun qolu adalıları azca da olsa ümidləndirsə də, Jiru bu ümidləri cəmi 3 dəqiqə sonra öldürüb. 83-cü dəqiqədə Byarnassonun qolu isə statistikadan başqa bir işə yaramayıb.

 

Avropa çempionatı

1/4 final 

3 iyul

 

Fransa - İslandiya - 5:2

Qollar: Jiru, 13, 59, Poqba, 20, Paye, 42, Qrizman, 44 - Siqtorson, 56, Byarnason, 83

 

Baş hakim: Byorn Kuypers

Yan xətt hakimləri: Sander van Rokel, Ervin Zeinstra

Əlavə köməkçi hakimlər: Pol van Bokel, Riçard Lisveld (hamısı Hollandiya)

Dördüncü hakim: Milorad Maziç (Serbiya)

Ehtiyat yan xətt hakimi: Milovan Ristiç (Serbiya)

Hakim-inspektor: Pyerluici Kollina (İtaliya)

UEFA nümayəndəsi: Yanis Mezeçkis (Latviya)

Sen-Deni. “Stad de Frans” 

 

Fransa: 1. Hüqo Lloris (q) (k), 3. Patris Evra, 7. Antuan Qrizman, 8. Dmitri Paye, 9. Olivye Jiru, 14. Bleyz Matuidi, 15. Pol Poqba, 18. Musa Sissoko, 19. Bakari Sanya, 21. Loren Kosielni, 22. Samuel Umititi

Ehtiyat oyunçular: 16. Stiv Mandanda (q), 23. Benoy Kostil (q), 2. Kristof Jale, 4. Adil Rami, 5. Nqolo Kante, 6. Yohan Kabaye, 10. Andre Pyer Jinyak, 11. Antoni Martial, 12. Morqan Şneyderlin, 13. Elakim Manqalya, 17. Lukas Dinye, 20. Kinqsli Koman

 

İslandiya: 1. Hanes Halldorson, 2. Birkir Severson, 6. Ranyar Siqurdson, 7. Yohan Qudmundsson, 8. Birkir Byarnsson, 9. Kolber Siqtorson, 10. Gilfi Siqurdson, 14. Kari Arnason, 15. Con Dadi Bödvarsson, 17. Aaron Qunnarson, 23. Ari Skulason

Ehtiyat oyunçular: 12. Öqmundur Kristinsson, 13. İnqvar Yonsson, 3. Hakur Heydar Hokson, 4. Hyörtur Hermansson, 5. Sverir İnqasson, 11. Alfred Finboqasson, 16. Run Mar Siquryansson, 18. Elmar Byarnasson, 19. Hordur Maqnusson, 20. Emil Hallfredson, 21. Arnor İnqvi Traustason, 22. Eydur Qudyonson

Xəbər lenti