[b]AÇ-2016: İtaliyanın qəniminə italyan hakim[/b]
04.07.2016 - 17:08
[b]AÇ-2016: İtaliyanın qəniminə italyan hakim[/b]

Fransada keçirilən Avropa çempionatında yarımfinal mərhələsinin daha bir matçının təyinatları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA finala gedən son yoldakı oyunun hakimlərini açıqlayıb.

 

“Erkən final” hesab edilən Almaniya – Fransa qarşılaşması italiyalı hakimlər briqadasına həvalə edilib. 1/4 finalda məhz İtaliya yığmasını turnirdən kənarlaşdıran almanların ev sahibi ilə prinsipial görüşünü məhz italyan Nikola Ritsoli idarə edəcək.

 


Avropa çempionatı - 2016

Yarımfinal mərhələsi

 

7 iyul

23:00. Almaniya - Fransa

Baş hakim: Nikola Ritsoli

Yan xətt hakimləri: Elenito di Liberatore, Mauro Tonolini

Əlavə köməkçi hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)

Dördüncü hakim: Damir Skomina (Sloveniya)

Ehtiyat yan xətt hakimi: Yure Praprotnik (Sloveniya)

Hakim-inspektor: Hyuq Dallas (Şotlandiya)

UEFA nümayəndəsi: Roland Ospelt (Lixtenşteyn)

Marsel. “Velodrom” stadionu

 

0