[b]AÇ-2016: Portuqaliya finalda?[/b]
05.07.2016 - 15:48
[b]AÇ-2016: Portuqaliya finalda?[/b]

“Topaz” Fransada keçirilən Avropa çempionatının yarımfinal oyunları üçün əmsalları açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru sabah baş tutacaq Portuqaliya – Uels cütündə pireneyliləri şanslı sayır.

 

“Topaz” Portuqaliyanın qələbə qazanmasını 2,00, rəqibin qalib gəlməsini 3,50 əmsalla qiymətləndirib. Finalçının adına əlavə vaxtda və ya penaltilərdə aydınlıq gəlməsinə 2,75 əmsal verilib.

 

İyulun 7-də olacaq Almaniya – Fransa duelində isə hər 2 komandanın gücü eyni göstərilib – 2,55. Matçda heç-heçə 2,70 əmsaldı.

0