[b]AÇ-2016: Portuqaliya – Uels matçının hakimi açıqlandı[/b]
04.07.2016 - 14:06
[b]AÇ-2016: Portuqaliya – Uels matçının hakimi açıqlandı[/b]

Avropa çempionatının ilk yarımfinal matçının hakimləri bəlli olub. Apasport.az saytının məlumatına görə, UEFA Portuqaliya və Uelsin qarşılaşmasının təyinatlarını açıqlayıb.

 

İyulun 6-da Lion şəhərində baş tutacaq görüşü isveçli Yonas Eriksson idarə edəcək. 

 


Avropa çempionatı - 2016

Yarımfinal mərhələsi

 

6 iyul

23:00. Portuqaliya - Uels

Baş hakim: Yonas Eriksson

Yan xətt hakimləri: Matias Klasenyus, Daniel Varnmark

Əlavə köməkçi hakimlər: Stefan Yohannesson, Markus Stromberqsson (hamısı İsveç)

Dördüncü hakim: Şimon Marçinyak (Polşa)

Ehtiyat yan xətt hakimi: Pavel Sokolniçki (Polşa)

Hakim-inspektor: Mark Batta (Fransa)

UEFA nümayəndəsi: Martin Sturkenbum (Hollandiya)

Lion. Şəhər stadionu

 

0