[b]AÇ-2016: Turnirdə 100-cü qol vuruldu[/b]
04.07.2016 - 00:35
[b]AÇ-2016: Turnirdə 100-cü qol vuruldu[/b]

AÇ-2016-nın 1/4 mərhələsi çərçivəsində baş tutan Fransa – İslandiya matçında komandasının 4-cü qoluna imza atan Antuan Qrizman tarixə düşüb. Apasport.az saytının məlumatına görə, fransız hücumçu vətənində keçirilən birinciliyin final mərhələsinin 100-cü qolunu vurub.

 

Bu qol həm də “Atletiko”nun hücumçusunu mərhələnin vahid bombaridirinə çevirib. Belə ki, 1/4 final qarşılaşmasına qədər aktivində 3 qol olan hücumçu ispan Alvaro Morata və uelsli Qaret Beyl ilə şərikli lider idi. Artıq rəqiblərindən uzaqlaşan Qrizman hələlik vahid liderdi.

0