[b]AVRO-2016: İtaliya yığması 28 nəfərlə gəlir[/b]
25.04.2016 - 15:13
[b]AVRO-2016: İtaliya yığması 28 nəfərlə gəlir[/b]

Mayın 5-21-i aralığında Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının daha bir iştirakçısı heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, təlim-məşq toplanışına start verən İtaliya yığmasına 25 oyunçu dəvət edilib.

 

Baş məşqçi Alessandro dal Kanto mayın 1-nə qədər futbolçuların hazırlıq durumu ilə tanış olacaq. Məhz həmin gün 18 nəfərlik yekun heyət müəyyənləşəcək və mayın 3-də komanda Azərbaycana yola düşəcək. “Skuadra Adzurra” 18 oyunçu, məşqçi və texniki heyət daxil olmaqla, ümumilikdə 28 nümayəndə ilə Bakıya gələcək.

 

İtaliya yığmasının ilkin heyəti:

Qapıçı: Domeniko Koppola (“Torino”), Qabriel Manuel Meli (“Empoli”), Alessandro Plitsari (“Milan”)
Müdafiəçilər: Alessandro Bastoni (“Atalanta”), Raoul Bellanova, Matteo Qabbia (hər ikisi “Milan”), Edoardo Byanki, Alessandro Tripaldelli, Cianmaria Zanandrea (hamısı “Yuventus”), Luka Pelleqrini (“Roma”), Karmine Setola (“Çesena”), Federiko Valietti (“İnter”)
Yarımmüdafiəçilər: Fabritsio Kaliyara (“Yuventus”), Kristian Kapone, Alessandro Mallamo, Filippo Meleqoni (hamısı “Atalanta”), Davide Frattesi, Andrea Markukki (hər ikisi “Roma”), Alessio Militari (“Fiorentina”), Marko Olivieri (“Empoli”)
Hücumçular: Qabriele Qori (“Fiorentina”), Bioti Moyse Kin (“Yuventus”), Pietro Pelleqri (“Cenoa”), Andrea Pinamonti (“İnter”), Canluka Skamakka (“PSV Eyndhoven”, Hollandiya).

 

Qeyd edək ki, D qrupunda yer alan İtaliya millisi mayın 6-da Serbiya, 9-da Hollandiya və 12-də İspaniya ilə qarşılaşacaq. İtalyanların hər 3 görüşü “Qarabağ” stadionunda baş tutacaq.

0