[b]“Biz heç olmasa bir oyun udmuşuq” – İslandiyalı oyunçudan Ronaldoya cavab[/b]
02.07.2016 - 21:11
[b]“Biz heç olmasa bir oyun udmuşuq” – İslandiyalı oyunçudan Ronaldoya cavab[/b]

AÇ-2016-nın qrup mərhələsində Portuqaliyanın İslandiya ilə 1:1 başa çatan oyunundan sonra açıqlama verən Kristiano Ronaldo islandların sevincini təəccüblə qarşılamışdı. Apasport.az saytının məlumatına görə, ulduz oyunçu rəqib haqqında “Sanki kubok qazanmış kimi sevinirdilər. Bu, kiçik mentalitetin göstəricisidir. Buna görə də çox qabağa getməyəcəklər” demişdi.

 

Bu gün Fransa ilə 1/4 final oyunu öncəsi mətbuat konfransında məlum açıqlama haqqında verilən sualı cavablandıran İslandiya millisinin hücumçusu Kolbeyn Siqtorson Ronaldoya mesaj göndərərək onlardan fərqli olaraq heç olmasa bir oyunda qalib gəldiklərini deyib: “Ronaldonun bu sözünü görüncə, açığı, xeyli güldük. Biz heçolmasa turnirdə bir oyunda qalib gəlmişik. Portuqaliya heç onu da bacarmayıb. Portuqaliya ilə finalda qarşılaşmaq istərdik. Ronaldoya nələr bacardığımızı göstərərdik”.

0