Antalyaya yollanacaq yığmamız heyətini açıqladı
05.03.2015 - 12:19
Antalyaya yollanacaq yığmamız heyətini açıqladı

Martın 12-dən 17-dək Türkiyənin Antalya şəhərində ağır atletika üzrə kişi və qadınlar arasında İslam Həmrəyliyi İdman Federasiyalarının III çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi kişilərdən ibarət millimiz təmsil edəcək.

 

Məşqçi Xanlar Nəbiyev rəhbərliyi altında 5 idmançımız körpücük üzərinə çıxacaq. Həmyerlilərimizdən Allahyar Abışov (56 kq), Məhəmməd Məmmədli (62 kq), Rauf Nəbiyev (69 kq), Elşad Şərifov (77 kq) və Həmid Qocayev (85 kq) nəyə qadir olduğunu nümayiş etdirəcək.

 

Qeyd edək ki, yarışda dopinq yoxlanışı Beynəlxalq Ağır Atletika Federasiyasının (İWF) qaydaları əsasında aparılacaq.

0