[b]Azərbaycan millisi: 2 medal, 3 lisenziya[/b] - FOTO
02.06.2014 - 08:22
[b]Azərbaycan millisi: 2 medal, 3 lisenziya[/b] - FOTO

Bakıda keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan atletika üzrə Avropa Təsnifat turniri sona çatıb. Apasport.az saytının məlumatına görə, oğlanlar arasında üç təkanla tullanma yarışlarında Azərbaycan atleti Nazim Babayev 16,14 metr nəticə göstərərək bütün həmkarlarını qabaqlayıb.

 

Bununla idmançımız həm Azərbaycan rekordunu təzələyib, həm də qızıl medal qazanıb. Turnirin qalibi olan Nazim Babayev eyni zamanda Çində keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanıb. Gümüş medala ukraynalı Aleksandr Malosilov, bürünc mükafata isə italiyalı Tobia Boççi sahib olub. 

Şüvüllə tullanma üzrə turnirin finalına vəsiqə qazanan Yelena Qladkova 3.80 metr hündürlüyün öhdəsindən gəlməyi bacarıb. Bununla atlet ümumi sıralamada 7-ci yeri tutmaqla yeniyetmələrin olimpiadasında iştirak etmək imkanı qazanıb.

Qeyd edək ki, komandamızın hesabında 1 qızıl və 1 gümüş medal var. Ümumilikdə idmançılarımız 3 lisenziya qazanıb. Babayevlə Qladkovada öncə Behafeta Hadiyes qızlar arasında 3000 metr məsafəyə qaçışda ikinci olmaqla, Olimpiadada iştirak hüququna yiyələnib.  

0