Azərbaycan millisinə qoyulan qadağa ləğv olundu
24.09.2014 - 15:26
Azərbaycan millisinə qoyulan qadağa ləğv olundu

Beynəlxalq Ağır Atletika Federasiyası Azərbaycan Ağır Atletika Federasiyasına qoyduğu qadağanı ləğv edib. Apasport.az saytının məlumatına görə, beynəlxalq qurum artıq yığmamızın yarışlara qatılmasına icazə verib.

 

Belə ki, Azərbaycan tərəfi 500 min dollar cəriməni ödədiyindən noyabrın 4-16-da Qazaxıstanın Almatı şəhərində keçiriləcək dünya çempionatında qüvvəsini sınayacaq. Rio-de-Janeyro-2016-ya lisenziya xalı verəcək mundialın rəsmi saytı da yığmamız yarışda iştirakını təsdiqləyib. Dünya çempionatının Təşkilat Komitəsi turnirin rəsmi saytında 188 ölkə arasında Azərbaycanın da olacağını vurğulanıb.

 

Lakin 18 atletimiz cəzalı olduğundan mundialda zəif heyətlə təmsil olunacağımız şübhə doğurmur.

 

Qeyd edək ki, bu gün jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov da dünya çempionatında iştirakımızla bağlı hansısa problemin qalmadığını bildirmişdi. 

0