[b]Azərbaycan yığmasında keniyalı atlet[/b]
12.04.2016 - 12:23
[b]Azərbaycan yığmasında keniyalı atlet[/b]

Atletika üzrə Azərbaycan yığması heyətinə daha bir afrikalı idmançı qata bilər. Bu barədə apasport.az saytına məlumatı yığmamızın baş məşqçisi Məhərrəm Sultanzadə verib.

 

Onun sözlərinə görə, Rusiyanın milliləşdirmək arzusunda olduğu və sonradan heyətdə görmək istəmədiyi Evans Kiplaqat millimizin düşərgəsindədi. Lakin 28 yaşlı keniyalı atletlə hələlik hansısa razılıq əldə olunmayıb: “Onunla bağlı hansı qərarın veriləcəyi hələ dəqiqləşməyib. Hər şeyə müzakirələrdən sonra qərar veriləcək”.

 

Qeyd edək ki, Kiplaqat atletikanın yarımmarafon və marafon növlərində çıxış edir.

 

0