[b]Azərbaycanlı atlet Türkiyə rekordunu yenilədi[/b]
13.05.2015 - 08:58
[b]Azərbaycanlı atlet Türkiyə rekordunu yenilədi[/b]

Azərbaycanlı atlet Ramil Quliyev yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, yığmamızdan imtina edərək, Türkiyə millisinin şərəfini qoruyan həmyerlimiz qonşu ölkənin tarixinə düşüb.

 

Belə ki, Quliyev Sparta Süleyman Dəmirəl Universitetinin ev sahibliyi etdiyi ənənəvi turnirin qalibi olub. O, 100 m məsafəyə qaçışda qızıl medal almaqla yanaşı, özünün sahib olduğu Türkiyə rekordunu 0,08 saniyə yaxşılaşdırıb – 10,12.

 

Kütahya Dumlupınar Universitetində təhsil alan Ramil bununla Rio-de-Janeyro Olimpiasının normativini də ödəyib. O, həmçinin Cənubi Koreyada keçiriləcək Universiadada iştirak etmək hüququ qazanıb.

0