29 İyul 15:47 Azərbaycanlı atlet Türkiyə rekordunu yenilədi
ATLETİKA xəbərləri 29 İyul 15:47
2706 baxış

Azərbaycanlı atlet Türkiyə rekordunu yenilədi

Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyev yenidən diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, 100 və 200 metr məsafələrə qaçışda Rio-2016-da çıxış edəcək sprinter qeyri-ənənəvi növdə rekord vurub.

 

O, İsveçin Karlstad şəhərində keçirilən Qran-Pri yarışında fərqlənib. Quliyev 300 metr məsafəni 33,04 saniyəyə qət edərək, Türkiyənin yeni rekordunu müəyyənləşdirib. Atlet Batuhan Altıntaşın rekordunu arxada qoyub.

 

Qeyd edək ki, Ramil 200 m məsafəyə qaçışda da Türkiyə rekordçusudu – 19,88.

 

 

Xəbər lenti