[b]Azərbaycanlı idmançı dünya “Top-50” sıralamasında 6-cı oldu[/b]
05.12.2015 - 14:44
[b]Azərbaycanlı idmançı dünya “Top-50” sıralamasında 6-cı oldu[/b]

Beynəlxalq Atletika Assosiasiyaları Federasiyası hər kateqoriya üzrə 2015-ci ilin ən yaxşı 50 göstəricisini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda azərbaycanlı Ramil Quliyev də özünə yer edə bilib.

 

Türkiyə idmançılarının 22 dərəcəsi müxtəlif kateqoriyalarda “Top-50”yə düşsə də, bunların içində ən yaxşı göstərici məhz Quliyevə məxsusdu. Türkiyə yığmasının uğurları üçün çalışan həmyerlimiz 200 metrlik Türkiyə rekordu ilə ilk “10-luğ”a düşüb.

 

Bu il Pekin şəhərində keçirilən dünya çempionatının finalçısı olmuş Ramil sentyabr ayında Zaqrebdəki turnirdə 200 metrlik məsafəni 19,88 saniyəyə qət edib ki, bu, “Top-50”də ən yaxşı 6-cı nəticə olub. Bu sıralamaya 19,55 saniyəlik qaçışla yamaykalı Useyn Bolt başçılıq edir.

0