10 İyun 13:09 “Baş məşqçi postuna kimin təyin olunması məsələsini ölkənin idman rəhbərliyi həll edir”
ATLETİKA xəbərləri 10 İyun 13:09
1035 baxış

“Baş məşqçi postuna kimin təyin olunması məsələsini ölkənin idman rəhbərliyi həll edir”

“Yığmanın baş məşqçisi postuna kimin təyin olunması məsələsini ölkənin idman rəhbərliyi həll edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan ağırlıqqaldırma yığmasının baş məşqçisi Vahid Nəzərov deyib.

Azərbaycan Ağır Atletika Federasiyasının rəsmiləri milli komandanın baş məşqçisi postuna Bolqarıstandan mütəxəssis dəvət etsələr də, Nəzərov mümkün dəyişiklikdən xəbərsiz olduğunu vurğulayıb: “Öz vəzifəmdə mən hər şey etmişəm. Məsələn, son Avropa çempionatında komanda hesabında 3-cü yeri tutmuşuq. Yox, əgər rəhbərlik dəyişikliyin zərurət olduğunu hesab edirsə, deməli, onların əsası var”.

Qeyd edək ki, Bakıya bolqarıstanlı çalışdırıcı dəvət olunmasını dünən gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında açıqlayıb. O, hazırda əcnəbi məşqçi ilə danışıqlar aparıldığını söyləyib.

Mənbə: extratime.az

Xəbər lenti