[b]“Hamilə” atlet "apasport"a danışdı: Bakirəyəm[/b]
11.05.2017 - 19:14
[b]“Hamilə” atlet "apasport"a danışdı: Bakirəyəm[/b]

“Bu, oyundu. Oyunu kimlərin təşkil etdiyini də yaxşı bilirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının heyətindən kənarlaşdırılan Xumar Məmmədovanın anası Sevinc Məmmədova deyib.

 

Ölkə mətbuatında Xumar Məmmədovanın hamilə olduğu üçün millidən kənarlaşdırıldığı bildirilir. Bununla bağlı apasport.az saytına açıqlama verən məşqçi Kərim Kərimli də Məmmədovanın yaxın zamanlarda ana olacağını söyləyib: “Sabah, birigün uşaq dünyaya gələcək. Onun atası da bəlli olacaq”.

 

Amma idmançının anası əməkdaşımıza bildirib ki, övladı haqda yayılan xəbərlər dezinformasiyadı və mediaya planlı şəkildə sızdırılır: “Mən qızıma inanıram. Onun hamilə olması ilə bağlı deyilənlər yalandı. O, bakirədi, buna adım kimi əminəm və bunu sübut edəcəm. Yığmanın düşərgəsində Kərim Kərimli, Təranə Abbasova və Natalya Prişepaya göstərəcəm ki, qızım tərtəmizdi. Mən övladımdan şübhələnsəydim, onu evdən bayıra buraxmazdım. Bu məqsədlə yaxın günlərdə Bakıya gəlib, hər şeyə aydınlıq gətirəcəm. Mən onlara qızımın bakirə olduğunu sübut edəndən sonra qabağımda kim dayana biləcək?!”

 

Xumar Məmmədova da əməkdaşımızla söhbətində ona şər atıldığını vurğulayıb: “Mən hamilə deyiləm. Yığmadan kənarlaşdırılmağımın səbəbi zədə ilə bağlıdı. Biləyimdə zədə vardı. Hamilə olub-olmadığımı isə onlara sübut edəcəm. Bakirə qızam. Kərimlə münasibətim necə ola bilər ki, yalnız məşqçi-idmançı səviyyəsində. Mən bu işi belə buraxmayacam. Yazıblar ki, guya uşaq Kərim Kərimlidəndi. Ayıbdı, vallah. Hamısı ağ yalandı”. 

 

0