23 Dekabr 15:56 İkiqat Avropa çempionu dopinqdə ilişdi
ATLETİKA xəbərləri 23 Dekabr 15:56
625 baxış

İkiqat Avropa çempionu dopinqdə ilişdi

Atletika üzrə ikiqat Avropa çempionu Naycel Levayn dopinq qalmaqalının antiqəhrəmanı olub. Apasport.az saytının məlumatına görə, böyük britaniyalı atletin A probunda qadağan olunmuş preparat aşkarlanıb.

 

28 yaşlı idmançının orqanizmində klenbuterol olduğu müəyyənləşib. Lebaynın B probunun yoxlanması yaxın günlərdə gerçələşəcək.

 

Qeyd edək ki, Levayn qitə çempionluqlarını 4x400 m məsafəyə estafet qaçışında əldə edib.

Xəbər lenti