[b]Quliyev 6-cı oldu, Kopello yarışmadı[/b]
14.05.2018 - 10:00
[b]Quliyev 6-cı oldu, Kopello yarışmadı[/b]

Atletika üzrə dünyanın məşhur yarışlarından olan “Brilyant Liqa”da ikinci mərhələnin yarışları keçirilib. Apasport.az saytının məlumatına görə, Şanxayda baş tutan turnir azərbaycanlı sprinter Ramil Quliyev üçün uğursuz alınıb.

 

Belə ki, bu dəfə kişilərin 200 m məsafəyə qaçışı olmadığından həmyerlimiz 100 m məsafəyə qaçışda start xəttinə çıxıb. O, 10,20 saniyə nəticə ilə 6-cı yeri tutub və aktivinə 3 xal yazdırıb. Birinci pilləni isə Rice Preskod (Böyük Britaniya) tutub. O, 100 m məsafəni 10,04 saniyəyə qət edib.

 

“Brilyant Liqa”nın ilk mərhələsində iştirak edən yığmamızın lideri Aleksis Kopello isə bu dəfə yarışa qatılmayıb. Buna səbəb Şanxayda üçtəkanla tullanmada kişilərin deyil, qadının mübarizə aparması olub.  

 

Qeyd edək ki, “Brilyant Liqa” 14 mərhələdən ibarətdi.

0