[b]Ramil Quliyev 2 rekordu yenilədi[/b]
03.06.2017 - 16:06
[b]Ramil Quliyev 2 rekordu yenilədi[/b]

Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev növbəti uğuruna imza atıb. Apasport.az saytının məlumatına görə, IV İslam Həmrəyliyi Oyunlarında 100 və 200 m məsafələrə qaçışda çempion titulunu qazanan həmyerlimiz İspaniyanın Xaen şəhərində keçirilən yarışda 2 rekordla 2 qızıl medala yiyələnib.

 

Belə ki, Quliyev Avropa Atletika Birliyinin təşkilatçılığı ilə baş tutan turnirdə 100 m məsafəni 10.16 saniyəyə qət edib. O, bununla da analoji yarışda qeydə alınmış yamaykalı Everton Klarkın rekordunu qırıb. Mərkəzi amerikalı bu məsafəni 10.17 saniyəyə qaçmışdı.

 

“Ay-ulduzlu” formanı geyinən Ramil 200 m məsafəyə qaçışda da adını turnirin tarixinə yazdırıb. 27 yaşlı atlet ilk yarışdan təxminən 1 saat sonra bu məsafəni 20.10 saniyəyə qaçıb. İdmançı bu dəfə İvan Qarsiyanın rekordunu yeniləyib. Kubalı 1996-cı ildə finiş xəttinə 20.44 saniyəyə çatmışdı. 

0