1 Sentyabr 15:13 Ramil Quliyevin uğurlu seriyası bitdi
ATLETİKA xəbərləri 1 Sentyabr 15:13
2153 baxış

Ramil Quliyevin uğurlu seriyası bitdi

Azərbaycanlı atlet Ramil Quliyevin uğurlu seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin heyətində dünya çempionluğunu qazandıqdan sonra iştirak etdiyi turnirlərdən medalsız qayıtmayan həmyerlimiz Boris Hanzekoviçin xatirəsinə həsr olunan yarışda fəxri kürsüyə yüksələ bilməyib.

 

O, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən turniri 5-ci yerdə bitirib. Quliyev 100 m məsafəni 10,36 saniyəyə qaçıb. Yarışın qalibi adını isə yamaykalı Yohan Blak (10,05 saniyə) qazanıb.

Xəbər lenti