31 May 13:16 Rekordçumuzdan iddialı açıqlama
ATLETİKA xəbərləri 31 May 13:16
913 baxış

Rekordçumuzdan iddialı açıqlama

Bakıda keçirilən atletika üzrə Yeniyetmələrin 2-ci Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Avropa Təsnifat Turnirində finala vəsiqə qazanan Nazim Babayev jurnalistlərin suallarına cavab verib. Apasport.az saytının məlumatına görə, üç təkanla tullanmada turnirin rekordunu təzələyən idmançı təəssüratlarını mediayla bölüşüb.

 

O bildirib ki, bu uğura nail olmasında hazırlıq zamanı məşqçilərinin ona lazımi məlumatları verməsi əhəmiyyətli rol oynayıb: “Bütün rəqiblərimə hörmətlə yanaşıram. Amma məqsədim medal qazanmaqdır. İlk mərhələdə istəyirdim Azərbaycan rekordunu təzələyim. Nəticədə yalnız turnirin rekordunu yeniləmək alındı. Finalda iddialıyam. Sabah Azərbaycan rekordunu yeniləmək, medal və lisenziya qazanmaq istəyirəm. Arzum odur ki, finalda Vətənimə qızıl medal qazandırım. Çox istərdim ki, qalib olum və Azərbaycan himnini səsləndirim”.