[b]Təmsilçimiz medalın biraddımlığında dayandı – dünya çempionatında[/b]
04.03.2018 - 02:30
[b]Təmsilçimiz medalın biraddımlığında dayandı – dünya çempionatında[/b]

Böyük Britaniyanın Birminhem şəhərində atletika üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, qapalı manejdə keçirilən mundialda Azərbaycan da təmsil olunub.

 

Yığmamız çempionata 1 atletlə yollanıb. Bu, İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı Aleksis Kopellodu. Milliləşdirilmiş 33 yaşlı kubalı 3 təkanla tullanma yarışında gücünü yoxlayıb.

 

17.17 metr nəticə göstərən Kapello medalın biraddımlığına qalıb. Belə ki, sözügedən nəticə ilə təmsilçimiz 4-cü pillənin sahibi olub. Bu yarışın qalibi 17.43 metrlə amerikalı Uill Klay olub. İkinciliyi braziliyalı Almir Dos Santos (17.41), üçüncü yeri isə portuqaliyalı Nelson Evora (17:40) qazanıb.

 

Qeyd edək ki, Kopello 2009-cu ildə dünya çempionatında ikinci olub. O, həmçinin Panamerika Oyunlarının qalibidi (2011).

0