29 Mart 19:08 Türkiyəli idmançılara ŞOK cəzalar: Bütün medalları əllərindən alındı
ATLETİKA xəbərləri 29 Mart 19:08
2971 baxış

Türkiyəli idmançılara ŞOK cəzalar: Bütün medalları əllərindən alındı

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) türkiyəli atletlər Qamze Bulut və Elvan Abeylegesseni ağır cəzalandırıb. Apasport.az saytının məlumatına görə, Elvanın 2 gümüş olimpiada medalı və dünya çempionatı gümüş medalı əlindən alınıb.

 

Bundan başqa, keniya əsilli atlet dopinqin ilk dəfə bəlli olduğu 2015-ci ilin sntyabrından etibarən 2 illik cəzalandırılıb. O, bu ilin sentyabrından yenidən zolaqlara dönəcək.

 

Qamze isə 4 il müddətinə cəzalandırılıb. Beynəlxalq Atletika Federasiyası onun 2011-ci ildən bu yana qazandığı bütün nəticələri ləğv edib. Bununla da, Bulut bir olimpiada “gümüş”ü və bir Avropa çempionatı “gümüş”ünü əldnə verməli olub.

 

İAAF-ın Qamze Buluta tətbiq etdiyi cəzanın müddəti isə 2020-ci ildə başa çatacaq.

Xəbər lenti