20:26 25-07-2018
news_image
702
FUTBOL

DÇ-2018: Mundialın ən gözəl qolu müəyyənləşdi - VİDEO

DÇ-2018-in ən gözəl qolu müəyyənləşib. Apasport.az xəbər verir ki, bu barədə FİFA öz saytında səsvermə keçirib.

 

Ümumilikdə 64 matçda qeydə alınan 169 qoldan 18-nin namizəd kimi göstərildiyi seçimlərdə azarkeşlər Benjamin Pavarın qolunu önə çıxarıblar.

 

Belə ki, Fransa ilə Argentina arasındakı 1/8 final mərhələsi matçında birincilərin müdafiəçisinin hesabı 2:2 edən qolu bütün digər namizədlərdən daha çox səs toplayıb. Sözügedən oyun Fransa millisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşmışdı.

 

Maraqlıdır ki, 2006-cı ildən təsis olunan “Mundialın ən gözəl qolu” nominasiyasında ilk dəfə avropalı oyunçu qalib adını qazanıb. Bu vaxta qədər Maksi Rodrigez (Argentina – 2006), Dieqo Forlan (Uruqvay – 2010) və Xames Rodrigezin (Kolumbiya – 2014) qolları ən yaxşı adına layiq görülmüşdü.

 

Sözügedən qolun videosunu təqdim edirik.