15:28 27-07-2018
news_image
402
FUTBOL

"Arsenal" yeni formasını təqdim etdi

“Arsenal” 2018-19 mövsümündə istifadə edəcəyi üçüncü forma dəstini təqdim edib. Apasport.az-ın klub saytına istinadən məlumatına görə, Sinqapurda keçirilən təqdimata futbolçulardan Ektor Belyerin, Sokratis Papastatopolus, Petr Çex, Qenrix Mxitaryan, Məsut Özil, Pyer-Emerik Obameyanq və Aleksandr Lyakazett qatılıblar.

 

1982-83 mövsümündə olduğu kimi, bu formanın dizaynında da mavi rəng ön plana çıxarılıb.

 

Qeyd edək ki, “Arsenal”ın texniki sponsoru “Puma” şirkətidi.