18:55 01-08-2018
news_image
2821
FUTBOL

Diqqətlər Finlandiyada - YENİLƏNİR

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 9 qarşılaşma baş tutacaq.

 

Bu oyunlarda qalib gələn komandalar III təsnifat mərhələsinə vəsiqə qazanacaqlar. Məğlub komandalar isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

 

Azərbaycan çempionu “Qarabağ” mərhələnin son günündə Bakıda Albaniya “Kukesi”sini qəbul edəcək. Bu qarşılaşmada mərhələ adlayan komandanın rəqibi də həmin gün müəyyənləşəcək.

 

HİK Finlandiyada Belarusun BATE klubunu qəbul edəcək. İlk oyunda qolsuz sülhlə ayrılan komandalar cütün güclüsünü Skandinaviyada aydınlaşdıracaq.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

1 avqust

 

20:00. HİK (Finlandiya) - BATE (Belarus)

İlk oyun - 0:0

 

21:00. “Qarabağ” (Azərbaycan) - “Kukesi” (Albaniya)

İlk oyun - 0:0

 

21:00. “Mityulland” (Danimarka) - “Astana” (Qazaxıstan)

İlk oyun – 1:2

 

21:15. “Malmö” (İsveç) - ÇFR (Kluj, Rumıniya)

İlk oyun – 1:0

 

21:30. “Suduva” (Litva) - “Srvena Zvezda” (Serbiya)

İlk oyun – 0:3

 

22:00. “Bazel” (İsveçrə) - PAOK (Yunanıstan)

İlk oyun – 1:2

 

22:00. “Videoton” (Macarıstan) - “Ludoqorets” (Bolqarıstan)

İlk oyun - 0:0

 

22:30. “Şturm” (Avstriya) - “Ayaks” (Hollandiya)

İlk oyun – 0:2

 

22:45. “Rusenborq” (Norveç) - “Seltik” (Şotlandiya)

İlk oyun - 1:3