16:20 01-08-2018
news_image
487
FUTBOL

“Ən yaxşısı “Real”dan ayrılmaqdı”

Madrid “Real”ı Kriştianu Ronaldodan sonra daha bir futbolçusu ilə vidalaşa bilər. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Mateo Kovaçiç klubunu dəyişməkdə qərarlıdı.

 

Əsas heyətə düşməkdə çətinlik çəkən Xorvatiya millisinin üzvü oyun praktikasını itirməmək və yığmadan kənarda qalmamaq üçün Madrid klubundan ayrılacağını istisna etməyib: “Fikrimcə, mənim üçün ən yaxşısı “Real”dan ayrılmaqdı. Düzdü, hələ heç nə bəlli deyil. Ancaq müntəzəm çıxış edəcəyim klubda oynamaq istəyirəm”.

 

24 yaşlı orta sahə oyunçusu artıq ilk təklifi alıb. “Mançester Yunayted” onun xidmətində maraqlıdı. Premyer Liqa təmsilçisi bu keçid müqabilində qarşı tərəfə 60 milyon avro təklif edib.