18:41 01-08-2018
news_image
107
STOLÜSTÜ OYUNLAR

Dünya çempionunun müəyyənləşəcəyi məkan dəqiqləşdi

Şahmat üzrə dünya çempionu uğrunda matçın keçiriləcəyi yer müəyyənləşib. Apasport.az saytının məlumatına görə, norveçli Maqnus Karlsenlə ABŞ təmsilçisi Fabiano Karuana Böyük Britaniyanın paytaxtı Londonda üz-üzə gələcək.

 

Noyabrın 9-dan 28-dək davam edəcək mübarizəyə Holborn kolleci ev sahibliyi edəcək. Karlsen dünya tacını qorumağa, Karuana isə titula yiyələnməyə çalışacaq.

 

Qeyd edək ki, 2016-cı ildə çempionluq mübarizəsi ABŞ-ın paytaxtı Nyu-Yorkda baş tutmuşdu. Həmin vaxt Karlsen rusiyalı Sergey Karyakinə qalib gəlmişdi.