11:45 05-09-2019
news_image
13
TOKİO-2020

Tokio Yay Olimpiya Oyunlarında “qar yağdıracaqlar”

2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya Oyunlarında təşkilatçılar qar istehsal edən maşınlardan yararlana bilərlər.

APA-nın məlumatına görə, hava isti olacağı halda, bu maşınlar işə düşəcəklər.

Azarkeşlərin rahatlığını düşünən yaponiyalılar temperatur 30 dərəcəni keçərsə, süni qardan istifadə edəcək.  Sentyabrın 13-də maşınlar sınaqdan keçiriləcək. Test zamanı 2 ton qar istehsal olunacaq.

Təşkilatçılar atletikanın marafon növündə iştirak edən idmançıları da nəzərə alıblar. Bu növdə yarışlar yerli vaxtla səhər saat 6-da başlayacaq. Bu da yarışın isti havaya təsadüf etməməsi üçündür.

Trasın böyük hissəsi xüsusi sintetik örtüklə bağlanacaq. Bu infraqırmızı şüaların qarşısını alacaq və nəticədə örtüyün istiliyi 8 dərəcə aşağı düşəcək.

Qeyd edək ki, Tokio 1964-cü ildə də Yay Olimpiya Oyunlarını qəbul edib. Lakin həmin vaxt yarışlar daha sərin vaxtda - oktyabr ayında keçirilib. Bu dəfə isə iyulun 24-də başlayacaq Oyunlar avqustun 9-da başa çatacaq.