21:12 19-10-2019
news_image
64
FUTBOL

“Qarabağ” mövsümdə ilk dəfə xal itirdi, “Keşlə” “Sabah”la bacarmadı - VİDEO

Azərbaycan Premyer Liqasında II dövrəyə start verilib.

APA-nın məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra keçirilən VIII turun ilk iki matçı baş tutub.

Hər iki qarşılaşmada eyni – 1:1 hesabı qeydə alınıb. 

Günün ilk görüşü Qəbələdə baş tutub. Startda ardıcıl 7 qələbə qazanan “Qarabağ” “qırmızı-qaralar”ın qonağı olub. Son çempion mövsümdə ilk xal itkisi ilə “Qəbələ” ilə görüşdə üzləşib – 1:1. 

Paytaxt derbisində “Keşlə” “Sabah”ı sınağa çəkib. Ev oyununda hesabı açan “Keşlə” üstünlüyünü uzatma dəqiqələrində əldən verib.

Qeyd edək ki, tura sabah keçiriləcək “Neftçi” – “Zirə” və “Səbail” – “Sumqayıt” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
VIII tur
19 oktyabr (şənbə)

“Qəbələ” – “Qarabağ” – 1:1
Qollar: Qismət Alıyev, 3 // İsmayıl İbrahimli, 9
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 17:00

“Keşlə” – “Sabah” – 1:1
Qollar: Vüsal İsgəndərli, 16 // Hendrik Ekşteyn, 90+1
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”, 19:15

1

Qarabağ

8

7

1

0

18-2

22

2

Keşlə

8

3

3

2

9-4

12

3

Neftçi

7

3

2

2

8-6

11

4

Səbail

7

3

1

3

8-11

10

5

Zirə

7

2

2

3

6-9

8

6

Sumqayıt

7

2

1

4

5-9

7

7

Qəbələ

8

1

3

4

4-15

6

8

Sabah

8

1

3

4

6-8

6

Bombardirlər: Lorenzo Frutos ("Keşlə"), İsmayıl İbrahimli (“Qarabağ”) - 4 qol