20:15 24-10-2019
news_image

Azərbaycan milliləri Avropa çempionatına qələbə ilə başlayıb

Gürcüstanın Batumi şəhərində komandalararası Avropa çempionatına start verilib. 

APA-nın məlumatına görə, yarışın ilk turu Azərbaycan yığmaları üçün uğurlu alınıb. 

Kişilərdən ibarət milli komandamız Serbiyaya qalib gəlib. Yığma üzvlərindən yalnız Şəhriyar Məmmədyarov xal itirib. Digər 3 zəka sahibi mübarizədən qalib ayrılıb. 

Qadınlardan ibarət yığma isə asan qələbəyə sevinib. Komandamızın hər bir üzvü rəqibini məğlub edib. 

Qeyd edək ki, 9 turdan ibarət olacaq yarış noyabrın 2-də bitəcək. 

Avropa çempionatı
I tur
Kişilər
SERBİYA – AZƏRBAYCAN - 0,5:3,5

Aleksandr İndiç - Şəhriyar Məmmədyarov - 0,5:0,5
Nikola Sedlak - Arkadi Naydiç - 0:1
Milan Zaiç - Rauf Məmmədov - 0:1
Velimir İliç - Qədir Hüseynov - 0:1

Qadınlar
LATVİYA – AZƏRBAYCAN - 0:4

Dana Reiznetse-Ozola – Günay Məmmədzadə - 0:1
Laura Roqule – Xanım Balacayeva - 0:1
İlze Berzina – Ülviyyə Fətəliyeva - 0:1
Yelizabet Limanovska – Gülnar Məmmədova - 0:1