17:20 31-10-2019
news_image
28
DİGƏR NÖVLƏR

Avropa Atletika Assosiasiyası tərəfindən həmyerlilərimizə mükafat

Avropa Atletika Assosiasiyası 2019-cu ilin yekunlarına həsr olunan mükafatlandırma mərasimi keçirib.

APA-nın məlumatına görə, "Golden Tracks 2019" adlı tədbir Estoniyanın paytaxtı Tallində təşkil olunub.

Mərasimdə "Member Federation Award" və "Coaching Award" mükafatlarının sahibləri təltif ediliblər. Seçilmiş üzv federasiyaların inkişafında göstərdiyi fəaliyyətə görə Azərbaycan təmsilçiləri də mükafata layiq görülüblər. Azərbaycan Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədov və yığmanın qısa məsafələrə qaçış üzrə böyük məşqçisi, əməkdar bədən tərbiyəsi, idman xadimi, əməkdar məşqçisi Tofiq Əliyev mükafatlandırılıb.