21:54 02-11-2019
news_image
27
DİGƏR NÖVLƏR

Boyanka Kostova Belarusda çempion oldu

Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş beynəlxalq “Alexander Cup” turnirində qızıl medal qazanıb.

Azərbaycan Ağır Atletika Federasiyasından APA-ya verilən məlumata görə, 59 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançı bütün rəqiblərini qabaqlayıb.

Atlet toplam 215 kq (95+120) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Noyabrın 5-dək davam edəcək yarışda Nailxan Nəbiyev də qüvvəsini sınayacaq.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizə aparır.