13:01 15-10-2019
news_image
13
TOKİO-2020

Azərbaycan paralimpiyaçıları Tokio-2020-yə 4-cü lisenziyanı qazandı

Azərbaycan paralimpiyaçıları Tokio-2020-yə 4-cü lisenziyanı qazanıblar

Azərbaycan yığması Tokio-2020 Yay Paralimpiya Oyunlarına 4-cü lisenziyasını qazanıb.

APA-nın məlumatına görə, növbəti vəsiqəyə paraatıcı Kamran Zeynalov sahib olub. 

O, Avstraliyanın Sidney şəhərində keçirilən dünya çempionatında güllə atıcılığında 50 m məsafədən hədəfi nişanalmada ilk “15-liy”ə düşüb və Paralimpiadada iştirak hüququ qazanıb. 

Qeyd edək ki, K. Zeynalovdan öncə digər güllə atıcısı Yelena Taranova, həmçinin parapauerliftinqçi Elşən Hüseynov və paraüzgüçü Roman Saley də Tokio-2020-yə lisenziyaya yiyələniblər.