15:15 25-10-2019
news_image
29
TOKİO-2020

Tokio Yay Olimpiya Oyunlarının məşəlinin yandırılacağı vaxt açıqlandı

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi məşəlin marşrutunu açıqlayıb. 

APA-nın məlumatına görə, yarışların rəmzi ənənəvi olaraq Yunanıstanda yandırılacaq,

Bu, gələn il martın 12-də baş verəcək. Bir həftə Yunanıstanda olacaq məşəl ayın 19-da Afinadakı “Panatinaikos” stadionunda asiyalılara ötürüləcək. Rəmz martın 20-də xüsusi təyyarə ilə Yaponiyaya yola salınacaq. 

Məşəl martın 20-25-də Miyaqi, İvate və Fukusimada olacaq, Bundan sonra 121 günlük məşəl gəzintisinə start veriləcək. 

Qeyd edək ki, Tokio Olimpiadası iyulun 24-dən avqustun 9-dək davam edəcək.