12:34 03-11-2019
news_image
28
DİGƏR NÖVLƏR

“Azərbaycan Qran-prisində sponsorlardan gələn vəsait 50 faiz artıb" - Nigar Arpadarai

“2019-cu ildə keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisi kommersiya baxımından ən sərfəlisi olub”. 

APA-nın məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai deyib.

O bildirib ki, Azərbaycan Qran-prisinin səviyyəsi ildən-ilə artır, bu da yarışdan əldə olunan gəlirin artması ilə nəticələnib: “Ötən illə müqayisədə Azərbaycan Qran-prisində sponsorlardan gələn vəsaitin məbləği 50 faiz artıb”.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan Qran-prisi aprelin 28-də keçirilib. Yarış “Mersedes” pilotu Valtteri Bottasın qələbəsi ilə başa çatıb.