13:57 16-11-2019
news_image
53
DİGƏR NÖVLƏR

Boyanka Kostova Türkiyədə qızıl medal qazandı

Azərbaycan ağırlıqqaldıran Boyanka Kostova Türkiyənin Qaziantep şəhərində keçirilən üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin qalibi olub. Apasport.az saytının məlumatına görə, milliləşdirilmiş legioner Tokio-2020 Olimpiya Yay Oyunların gümüş səviyyəli lisenziya xarakterli yarışda bütün rəqiblərini qabaqlayıb.

O, 59 kq çəki dərəcəsində yarışıb. Təcrübəli atlet toplam 224 kq (100+124) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, noyabrın 17-də başa çatacaq yarışa 20-dən çox ölkədən 80-ə yaxın atlet qatıb. Azərbaycan yığması qonşu ölkəyə baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında 4 idmançı ilə yollanıb.