19:59 16-11-2019
news_image
55
TOP OYUNLARI

"Zirvə" ardıcıl 6-cı qələbəsini qazanıb

Kişi basketbolçular arasında Azərbaycan Super Liqasında VI turun oyunları baş tutub. 

APA-nın məlumatına görə, turun açılış matçında medallarına iddialı olan "Gəncə" ilə "Atom" üz-üzə gəliblər.

Gərgin keçən görüşdə əyalət təmsilçisi qələbə qazanıb. Çempionatın lideri "Zirvə" də turu iki xalla başa vurub. "Atletik"ə də gücünü göstərə komanda 6-cı matçında da rəqibindən üstün olub. 

Digər görüşlərdə "Sərkərdə" "Sıçrayış"a qalib gəlməklə, top fərqinə görə ikinci yerə yüksəlib. "Xırdalan" isə autsayder "80-lər"ə şans verməyib. 

Super Liqa
VI tur

"Gəncə" - "Atom" - 79:65
"Zirvə" - "Atletik" - 73:61
"Sərkərdə" - "Sıçrayış" - 84:64
"Xırdalan" - "80-lər" - 80:67

Turnir cədvəli: "Zirvə" - 12 xal, "Sərkərdə", "Atom", "Gəncə" - 10, "Atletik" - 9, "Xırdalan" - 8, "Sıçrayış" - 7, "80-lər" - 6.