16:25 18-11-2019
news_image
63
DİGƏR NÖVLƏR

Qılıncoynadanımız medalsız qaldı - Dünya Kubokunda

Sablya üzrə Azərbaycan milli komandasının üzvü Aysel Əhədova Özbəkistanın paytaxtı Daşkənddə gənclərin Dünya Kubokunun mərhələ yarışında iştirak edib.

Apasport.az saytının məlumatına görə, qılıncoynadanımız turniri medalsız başa vurub. 

O, qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-də qalib gələrək, 1/16 finala yüksəlib. Lakin bu mərhələ onun üçün keçilməz olub. O, sonradan Dünya Kubokunun finalçısı olan Nisanur Erbilə (Türkiyə) 7:15 hesabı ilə uduzub.